30 Mayıs 2016 Pazartesi

nəticə

Mən araşdırdım ki, çəki və kütlə tamamilə fərqli kəmiyyətlərdir.
Nəticəyə gəldim ki,cisim çəkisi sifir ola bilər ,amma kütləsi heç zaman sıfır ola bilməz.

fəaliyyət

ARXİMED QRUPU:Yerin sethinde P=mg
                               
Yüksəkliyə qalxanda P=m(g+a)
Dərinliyə  enəndə P=m(g-a)
Vakuumda və sərbəstdüşmədə P=0

EYNŞTEYN  QRUPU: Sehirli xalat filminin bir süjetini nümayiş etdiririk,orada şagirdlərin Aya enişi
müşahidə edirik .Onlarin fəzada uçuşu çəkisizlik şəraitinin olduğunu bir daha sübut edir.

ARİSTOTEL QRUPU;ÇƏKİ- Vektorial kəmiyyət olub ,dayağa və ya asqıya yönəlir.Kütlə skalyar kəmiyyət olub   cismin  ətalətliliyini   və  ağırlıq dərəcəsini xarakterizə edir.
Çəki qüvvədir vahidi P=1N-dur. Ölçən cihaz dinamometrdir.
Kütlə skalyar kəmiyyətdir vahidi m=1 kq-dır.Ölçən cihaz tərəzidir.
   

23 Mayıs 2016 Pazartesi

nəticə

fealiyyet

Çəki və kütlə

Cismin çəkisi — Yerin cazibəsi nəticəsində cismin yerləşdiyi asqıya və ya dayağa göstərdiyi təsir qüvvəsidir. Üfüqi dayaq və ya şaquli asqıdakı cismin çəkisi P=mg düsturu ilə hesablanır və vektorial kəmiyyətdir.Burada g=9,8N/kq qravitasiya sahəsinin intensivliyi,m -cismin kütləsidir. ,Bu halda çəkinin qiyməti və istiqaməti ağirlıq qüvvəsinin qiymət və istiqamətinə bərabərdir.Ancaq ağırlıq qüvvəsi cismin kütlə mərkəzinə,çəki isə asqının ucuna və ya dayağa tətbiq olunur.BS-də ölçü vahidi Nyuton-dur. Şaquli yuxarı təcillə hərəkət edən cismin çəkisiP=m(g+a) düsturu ilə hesablanır.Yəni çəki artır. Təcillə şaquli aşağı a təcili ilə hərəkət edən cismin çəkisiP=m(g-a) düsturu ilə hesablanır.Yəni çəki azalır.Hər iki halda ağırlıq qüvvəsi sabit qalır və F=mg düsturu ilə hesablanır. Əlavə yüklənmə-cismin çəkisinin ağrlıq qüvvəsinə olan nisbətinə deyilirvə n=P/mg=m(g+a)/mg=1+a/g düsturu ilə hesablanır Yaylı tərızi(və ya dinamometr)-cismin çəkisini ölçən cihazdır.Yaylı tərəzi adətən Nyutonla yox,texniki çəki vahidi-1kQ=9,8N ilə dərəcələnir. Texniki çəki vahidi-kütləsi 1kq olan və şaquli asqıdan asılmış cismin asqıya göstərdiyi təsir qüvvəsidir və P=9,8N-dur.

                                                    KÜTLƏ VƏ ONUN  VAHİDLƏRİ

Beynəlxalq sistemdə əsas ölçü vahidlərindən biri də kütləyə aiddir. 1 kq. kiloqram adlanır. Kütlə etalonu silindir formada olub platin-iridium xəlitəsindən hazırlanmışdır və Paris yaxınlığındakı Sevr şəhərində saxlanılır. Fizikada 1 kq-dan kiçik olan 1 q. - bir qram, 1 mq. -bir milliqram və s. var. 1 s = 100kq - bir sentiner 1 t = 1000 kq - bir ton və s. vahidlərindən də istifadə olunur.

Kütlə vahidləri ilə çəki vahidlərini qarışıq salmaq olmaz. Çünki onlar fərqli fiziki kəmiyyətlərdir. Çəki kütlə ilə mütənasib olsa da, onun eyni deyildir. Çəki düsturu P=m.g-dir. Burada P - çəki, m - kütlə, g - Yerin sərbəstdüşmə zamanı bütüncisimlərə verdiyi g=9.81N/kq sərbəstdüşmə təcilidir. Kütlə cismi təşkil edən maddənin miqdarını bildirən və onun ətalətliliyini xarakterizə edən istiqaməti olmayan, yəni skalyar kəmiyyətdir. Çəki isə Yerin cazibəsi nəticəsində cismin asqıya və ya dayağa göstərdiyi təsir qüvvəsidir. Beynəlxalq sistemdə çəkinin vahidi qüvvə vahidi kimidir və 1 N - bir nyutondur. Fizikada 1 N-dan başqa 1 mN = 0.001 N 1 mkN = 0.000 001 N və s. və 1 KN = 1000N 1 MN = 1000 000N və s.-dən də istifadə olunur. SQS (santimetr-qram-saniyə) vahidlər sistemində qüvvə vahidi olaraq 1 dina götürülür. Texnikada və məişətdə çəki vahidi olaraq kütləsi 1 kq-a bərabər olan cismin çəkisi çəki vahidi olaraq götürülür və 1 kiloqram qüvvə adlandırırlar. 1 kqq. = 1kQ = 9.81N. Yaylı tərəzini kq-lara görə dərəcələməklə ondan lazım olduqda istifadə olunur. Ümumiyyətlə, cismin kütləsi qollu tərəzilə ölçülür.